II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

25.06.2019 13:00
81
II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında idmançılarımız mübarizəni davam etdirirlər.


Azərbaycan idmançıları indiyədək 11 medal qazanıb.


Bunlardan dördü gümüş, yeddisi bürünc medaldır.


Bu göstərici ilə millimiz hazırda 24-cü sıradadır. Rusiya yenə 48 medalla liderlik edir. Şimal qonşumuz 22 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb (oxu.az).


İkinci yerdə 38 medalla Belarus gedir. Meydan sahiblərinin 11 qızıl, 9 gümüş və 18 bürünc medalı var.


Digər qonşumuz Gürcüstan isə artıq üçüncü sıraya qalxıb. 20 medalı olan gürcülər altı qızıl, beş gümüş və doqquz bürünc medal qazanıblar.


Qeyd edək ki, II Avropa Oyunları iyunun 30-da başa çatacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND