• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Rektor qalib startapçılarla görüşdü

09.10.2018 16:40
68
Rektor qalib startapçılarla görüşdü

Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən “İdeyadan biznesə” startap yarışmasında qalib olan AzTU tələbələri ilə görüşüb.


Tələbələri qazandıqları uğura görə təbrik edən rektor əvəzi bildirib ki, AzTU-da mükəmməl startap eko-sistemi formalaşmaqdadır. Professor Xalıq Yahudov qeyd edib ki, texniki yönümdə təhsil alan tələbələrin ideyalar irəli sürməsi və bu ideyalar ətrafında birləşərək komanda formalaşdırması, həmin komandaların isə layihə tərtib edib biznes plan hazırlaması sənayemiz üçün yaxın gələcəkdə böyük impulsa çevriləcək. 


Daha sonra tələbələr layihələri ilə bağlı apardıqları iş prosesi haqqında rektor əvəzinə ətraflı məlumat veriblər. Növbəti mərhələyə-respublika finalına, eləcə də Bakutel sərgisinə kimi görüləcək işlər müzakirə olunub.


Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin 3 komandası: “Just-Discover and live it”, “EAGLE 2” və “Miracl crystale” komandaları Bakutel sərgisində prototiplərini nümayiş etdirəcəklər.

“Just-Discover and live it” və “EAGLE 2” komandaları isə həm də respublika finalında iştirak edəcəklər.


Xatırladaq ki, “Just-Discover and live it” və “EAGLE 2” komandaları Bakıda yerləşən universitetlərin komandaları arasından seçilərək 8 qalib komandadan biri olublar.


NƏRGİZ

  • SON XƏBƏR
  • TREND