Azərbaycan Şri-Lankada baş verən terror aktlarını pisləyib

21.04.2019 15:47
349
Azərbaycan  Şri-Lankada baş verən terror aktlarını pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib.


Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilir.


Məlumatda deyilir:


"Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik (trend). Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik".


Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND