"“Liverpul” çempion olacaq" - Sadio Mane

16.01.2019 20:59
102
"“Liverpul” çempion olacaq" - Sadio Mane

“Liverpul” futbol klubunun hücumçusu Sadio Mane komandasının cari mövsüm Premyer Liqanın qalibi olacağına əminliyini bildirib.


Ekspress.az "Azərtac"a istinadla xəbər verir ki, futbolçu 29 ildən sonra komandasının çempion tituluna yiyələnəcəyinə inandığını vurğulayıb: “Bu, zəiflərin komandası deyil. Biz liqanın ən güclü komandası olduğumuzu sübut edəcəyik”.


Çempionatın sonuna 16 matç qalmış 57 xalla turnir cədvəlinin lideri olan “Liverpul” ikinci yeri tutan “Mançester Siti”dən 4 xal irəlidədir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND