Planetlərdən birinə Nəsiminin adı verildi

03.06.2019 11:57
158
Planetlərdən birinə Nəsiminin adı verildi

Böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.


Müvafiq vəsatət Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.


Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb (Azərtac). İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND