• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Türkiyə səfiri: "Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram"

24.04.2019 12:33
145
Türkiyə səfiri: "Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram"

“Uydurma erməni soyqırımını tanıyanları qınayırıq. Həqiqət yerini tapmalıdır. Türk millətinin tarixində heç vaxt utanılacaq hadisə baş verməyib”.


Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı dəyirmi masada deyib.


Səfir qeyd edib ki, ermənilərin Azərbaycan qarşı törətdiyi əməllər, cinayətlər qiymətini almalıdır:


“Azərbaycanlı qardaşlarımıza qarşı etdiklərinə nə cavab verəcəklər? Türkiyəni soyqırım törətməkdə ittiham edənlərə demək istəyirəm ki, buyursunlar, araşdırsınlar. Yalanlar dünyadan silinməlidir. Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram (report). Hər kəs etdiyinin cəzasını almalıdır. Bu günə qədər 34 türk diplomatı ASALA tərəfindən qətlə yetirilib”.


Diplomat qeyd edib ki, Xocalıda qətliam törədənlər layiqli cavabını almalıdır: “Azərbaycanlıları qətlə yetirən erməniləri qəhrəman elan ediblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND