Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokuna start veriləcək


26.04.2019 09:46
240
Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokuna start veriləcək

Bu gün Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə Dünya Kubokuna start veriləcək.


Ekspress.az -ın məlumatına görə, yarışda 39 ölkədən 200-dən çox gimnast mübarizə aparacaq. 3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast qüvvəsini sınayacaq.


Yarışların ilk 2 günündə təsnifat mərhələləri baş tutacaq. Çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Son yarış günündə isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.


Dünya Kubokunda Azərbaycanın 8 gimnastı iştikrak edəcək. Fərdi proqramda Zöhrə Ağamirova və Veronika Hudis mübarizə aparacaq. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova çıxacaq.


Qeyd edək ki, ilk gündə fərdi və qrup hərəkətləri proqramı üzrə təsnifat yarışları keçiriləcək. Dünya Kubokuna aprelin 28-də yekun vurulacaq.


Ekspress.az

Açar sözlər: