Xavidən gözlənilməz hərəkət - Ayaqqabısını azarkeşlərə atdıVİDEO


07.08.2019 16:53
97
Xavidən gözlənilməz hərəkət - Ayaqqabısını azarkeşlərə atdı - VİDEO


"Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin "Əl Sədd” klubunun baş məşqçisi Xavi maraqlı jesti ilə diqqət mərkəzinə düşüb.


O, Asiya Çempionlar Liqasının pley-off mərhələsində "Əl Duhail” ilə keçirilən matçda əsəblərinə hakim ola bilməyib və ayaqqabısını tribunaya tərəf atıb. 


1:1 hesabı ilə bitən oyunda hakimin rəqib qapısına penalti təyin etməməsindən narazı qalan Xavi etirazını bu cür bildirib.

 

Qeyd edək ki, oyunçu karyerası ərzində qırmızı vərəqə almayan Xavi 1998-2015-ci illərdə "Barselona”da çıxış edib. O, 2019-cu ilin mayında "Əl Sədd” klubunda futbolçu karyerasını başa vurduqdan sonra bu kluba baş məşqçi təyin edilib. (bakupost)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND