Elçin Quliyev Rusiya ilə sərhəddə olub - FOTO

18.04.2019 10:51
90
Elçin Quliyev Rusiya ilə sərhəddə olub - FOTO


2019-cu ilin 17 aprel tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədin­də Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxla­yıb. 


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Səfər çərçivəsində “Samur” dövlət sərhədindən bu­raxılış mən­­təqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliy­yə­­tə baxış keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurla­rının sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra və­ziyyəti və bu istiqamətdə gö­rülən tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məq­­­­­­­­sə­­dilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edil­ib, ölkə­yə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzə­rində sər­­həd nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və keçid müd­dət­­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.


Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxs­­lərinin məruzələri dinlənilib, müqabil əra­zidə baş vermiş tex­niki na­saz­lıq səbəbindən buraxılış rejimində ya­ran­mış sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib.


Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun işti­rakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbay­can Res­pub­­­likasının və Rusiya Federasiyasının hökumətləri arasında im­za­lan­mış Sa­zişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün in­şa­sı ilə əla­qədar görülən işlərə baxış keçirilib.


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin əra­zisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçi­rilib, dövlət sərhədinin etibarlı mühafizəsinin tə­min edil­məsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məq­səd­lərilə dövlət sər­hədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin güc­lən­dirilməsi üzrə tapşırıqlar verilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND