Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - FOTO

12.03.2019 18:00
132
Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - FOTO

Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Feysbuk" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.


Ekspress.az xəbər verir ki, partiya sədri maddi durumundan şikayətlənib:


"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır". (yenisabah.az)


H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib. H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND