“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

25.04.2019 20:44
100
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir


Ölkədə təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” ADA Universitetində təşkil edilən “ADA Innovation Awards 2019” mükafatının keçirilməsinə növbəti dəfə dəstək olub. İdeyanın əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını  başlamaq və real biznes qurmasına şərait yaratmaqdır. Müsabiqənin yekun mükafatlandırma mərasimi mayın 24-də baş tutacaq. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı, 2018-2019-cu tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu alacaqlar.


Qeyd edək ki, dörd il əvvəl ADA Universitetinin rektoru Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə təsis edilən ADA İnnovasiya Mərkəzi tələbələr arasında innovativ düşüncə tərzi və sahibkarlıq ruhunu artırmaq məqsədi ilə yaradılıb.


 “Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.

 “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


 Ekspress.az

  • SON XƏBƏR
  • TREND