Paşinyandan Qarabağ separatçılarına sərt cavab


08.05.2019 15:12
183
Paşinyandan Qarabağ separatçılarına sərt cavab

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın indiki və keçmiş qondarma “liderlərinin” eks-prezident Robert Köçəryanın həbsxanadan buraxılması, onun Şuşanın işğalı münasibətilə keçirilən mərasimlərdə iştirakına icazə verilməsi haqda çağırışını rədd edib.


Ekspress.az xəbər verir ki, Paşinyan bu haqda jurnalistlərlə söhbətində danışıb. “Mən hesab etmirəm ki, Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Və ümumiyyətlə heç kim bunu edə bilməz-Ermənistan müstəqil, suveren ölkədir”, - o Bako Saakyanın və Arkadi Qukasyanın çağırışına cavab olaraq bildirib


Paşinyanın sözlərin görə, Saakyanın və Qukasyanın Ermənistanın baş prokuroruna ünvanladıqları məktubda bəhs edilən “milli birlik” məsələsi də baş tutan deyil (Virtualaz.org). Çünki dövlət vəzifələrində olanların qohumları və ailə üzvləri milyonçuya çevrilirsə belələri ilə milli birlikdən söhbət gedə bilməz.


“Serj Sərkisyan hələ də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi milyonçu olub, amma əsgər yeməyə çörək tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq fikrim də yoxdur. Mən ailələri milyonçu olan məmurlarla bir ola bilmərəm”, -o qeyd edib.


Ekspress.az