Türk qırıcıları 30 terrorçunun gizləndiyi mağaranı bombaladı

22.12.2018 01:06
275
Türk qırıcıları 30 terrorçunun gizləndiyi mağaranı bombaladı

Dekabrın 21-də Türkiyənin Tunceli vilayətində PKK-çıların gizləndiyi mağara Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilib.


Ekspress.az xəbər verir ki, 1 kilometr uzunluqda olduğu ehtimal edilən mağaranı 2 qırıcı bombalayıb.

 

Mağarada PKK-nın yüksək rütbəli döyüşçülərinin də olduğu ehtimal edilir.

 

Qeyd edək ki, mağaranın yeri bir gün öncə müəyyən edilmişdi və orada 30 terrorçunun olduğu bildirilirdi.


Ekspress.az

Açar sözlər: