Tramp Anjelina Colinin atasını vəzifəyə təyin edib

27.03.2019 09:40
318
Tramp Anjelina Colinin atasını vəzifəyə təyin edib

Aktrisa, rejissor, ssenarist, prodüsser və model Anjelina Colinin atası, aktyor Con Voyt ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyinat alıb.


Ekspress.az xəbər verir ki, o, ABŞ-ın keçmiş prezidenti Con F.Kennedinin İfaçılıq Sənəti Mərkəzinin Qəyyumlar Şurasında təmsil olunacaq.


Məlumata görə, məşhur "Oskar" mükafatı laureatı Hollivudda ən mühafizəkar xadimlərdən biridir. Con Voyt Donald Trampa dəstəyini açıq şəkildə bildirir (report). Aktyor ABŞ-ın sabiq prezidenti Barak Obamanın yürütdüyü siyasəti fəal tənqid edib.


Qeyd edək ki, daha əvvəl Anjelina Colinin kinodan getdiyi xəbər verilib.


Ekspress.az