Cinsi həvəsi artıran 25 qida – Həm kişilər, həm qadınlar üçün

12.07.2019 13:22
127
Cinsi həvəsi artıran 25 qida – Həm kişilər, həm qadınlar üçün

Cinsi istəksizlik, iqtidarsızlıq, frigidlik, zəiflikdən şikayətlənən gənc və orta yaşlı kişi və qadınlar üçün dərmansız bu sahədə yaxşı nəticə almağın yolları var. 

Hər şeyin əvvəli və sonu qidalanma ilə bağlı olduğu üçün, bu problemlər də pis, zəif qidalanmadan qaynaqlanır.


Ekspress.az cinsi aktivliyi bərpa edən qidaların top 25 siyahısını təqdim edir.


Menyunuzda hər gün bunlardan 6-7-si olsun, 1 ay sonra nəticəyə baxın.


1.Aloe 


Aloenin şirəli, lətli yarpaqlarından ətçəkəndə çəkib, üzərində bir qədər bal əlavə edib, gündə 2 dəfə bir şay qaşığı qəbul edin. Aptekdə də aloenin maye ekstraktı satılır. Onu da qəbul edə bilərsiniz. Kurs 4 həftədir.


2.Ənginar


Azərbaycanda bu tərəvəzi yemirlər, amma türklər hər gün dolmasını bişirir. Fransızlar onu "genital orqanları qızışdıran” adlandırır. Siz də ənginarla dost olun.


3.Banan


Ehtiraslandırıcı meyvədir. Qozla birlikdə səhər və axşam yeyilə bilər.


4.Reyhan


Həm ağ, həm tünd reyhan cinsi qabiliyyəti artırır. Ona görə italyanlar bu bitkini hər yeməkdə istifadə edir

 


5.Vanil


Sinir sisteminə sakitləşdirici təsir göstərir, qoxusu seksual istək oyadır. Tez-tez vanil iyləyin


6.Kürü


Sevgi, ehtiras çörəyi adlandırılır. Tərkibində olan mikroelementlər cinsi funksiyaları aktivləşdirir.


7.Zəncəfil kökü


Çin, Yaponiya və Hindistanda cinsi iqtidarsızlıq halında qədimdən kişilərə dərman kimi verilib. Çox güclü afridiziakdır.


8.Küncüt toxumu


Bala qatılıb yeyildikdə, oyadıcı təsir göstərir.


9.Soğan


Qirmızı və hövsan soğanını bol edin. Stimulə edir, ehtiraslandırır, gücləndirir.


10.Manqo


İlahi nemətdir. Qadınlara da təsir edir.


11.Bal 


Tanrıların qidasıdır. Cinsi orqanlara enerji verir, isidir, qoz, meyvə ilə birlikdə yedikdə güclü təsir edir (medicina).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND