Ağstafada güllələnmə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

17.06.2019 11:42
1554
Ağstafada güllələnmə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

Ağstafa rayonunda keçmiş məhkum 4 nəfəri güllələyərək qətlə yetirib.


Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.  


Həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri gülələləyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. 


Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 


Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub. 

Yaralılar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. 


Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.


Faktla bağlı araşdırma aparılır. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND