DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – FOTO


13.06.2019 15:10
160
DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – FOTO

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.


Ekspress.az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azero” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.


Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.


Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən BAKU.WS-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.


Hadisə haqqında əlavə məlumat verəcəyik.


Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – FOTO


Ekspress.az

  • SON XƏBƏR
  • TREND