Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...


26.09.2019 09:07
55
Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...

Rusiya Prezidenti Vladimir Putin İrəvanda cəmi bir neçə saat qalacaq. İstənilən halda hazırda Rusiya tərəfi bu cür köklənib.


Ekspress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.


Nəşrin məlumatına görə, Avrasiya İqtisadi Birliyi sammiti ərəfəsində Ermənistanın rəhbər komandasında hazırlıq-təşkilati işlər aparılır. Putinlə Paşinyan arasında danışıqların əsas gündəmini təbii qazın qiyməti məsələsi təşkil edəcək.


“Joxovurd” hələ 17 sentyabrda yazıb ki, Rusiya hökuməti yaxın vaxtlarda Ermənistan tərəfi üçün xoşagəlməz sürpriz hazırlaya bilər:


“Onlar qaz tariflərini qaldırmaq istəyirlər, bu dəfə həm də Ermənistan əhalisi üçün. Qiymətlər 30 faizə qədər qalxa bilər, artımın davam etməsi də istisna deyil”. (axar)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND