Festivalda həkimlərə 18 müraciət edilib - Səhiyyə Nazirliyi

22.07.2019 10:18
66
Festivalda həkimlərə 18 müraciət edilib - Səhiyyə Nazirliyi

İyulun 19-dan 22-nə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.


Səhiyyə Nazirliyindən Ekspress.az -a bildirilib ki, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərdən, 3-ü yarışlar keçirilən idman arenalarından, 2-si Bayraq Meydanından, 3-ü "Baku Crystal Hall"dan, 1-i İdman Akademiyasından, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyindən aid olub.


“Müraciət edənlərdən 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, 1-i nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, qalanlarına isə yerində yardım göstərilib. Müraciətlərin arasında 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır” - deyə nazirlikdən qeyd olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND