Təmas xəttində növbəti monitorinq keçiriləcək

10.07.2019 11:05
36
Təmas xəttində növbəti monitorinq keçiriləcək


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək


Müdafiə Nazirliyindən Ekspress.az -a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND