• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 16 °C Naxçıvan

"Azercell Telekom" MMC və İsrail Səfirliyi "TOM" layihəsini təqdim edir 

05.02.2019 14:33
181
"Azercell Telekom" MMC və İsrail Səfirliyi "TOM" layihəsini təqdim edir 

İsrail Səfirliyi "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə "TOM" (Tikkun Olam Makers) layihəsini təqdim edir. 


Ekspress.az xəbər verir ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar ("makers") ilə ehtiyac sahiblərini ("need knowers") əlaqələndirməkdir.


Layihənin təqdimat mərasimi Azercell, "Regional İnkişaf" İctimai Birliyi (RİİB), PAŞA Bank, JOY Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Akademiyasının Media Mərkəzi və digər qurumların dəstəyilə Heydər Əliyev Mərkəzində keçirilib. Mərasimdə həmçinin TOM-un Azərbaycandakı veb səhifəsi təqdim olunub. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olunacaq. 


TOM gündəlik problemlərin texnoloji həlləri yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla ("ehtiyac sahibləri") birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə etmək olar: http://tombaku.barama.az/ 

http://tomglobal.org/

Layihənin təqdimat mərasimində bildirildi ki, istedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə təxminən 1 ay vaxt veriləcək (28 fevral tarixinədək). 5 TOM tapşırığında ("çağırışında") komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar Pre-TOM tədbirində bir-birilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemə həll yolu düzəltməlidir. Layihə dövründə komandalara "SCHWATECH" MMC tərəfindən dəstək göstəriləcək. 


Qeyd edək ki, komandaların yekun məhsulları 17 aprel 2019-cu ildə keçiriləcək TOM tədbirində təqdim olunacaq və bütün ideyalar ictimaiyyətə açıq olacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND