• 29 °C Gəncə
  • 28 °C Yevlax
  • 28 °C Naxçıvan
  • 25 °C Bakı
  • 22 °C Quba

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq


16.05.2019 14:18
30
SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "BP Exploration (Caspian Sea)" və “Uzbekneftegaz” arasında Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzalanıb.


Ekspress.az xəbər verir ki, sənəd Aralın Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.


Kəşfiyyat tərəflərin razılaşdırılmış qrafikinə uyğun olaraq mərhələlərlə həyata keçiriləcək (report).


Qeyd edək ki, ötən ilin may ayında “Uzbekneftegaz”, SOCAR və BP şirkətləri Özbəkistanda yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandum və “Uzbekneftegaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND