Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar


05.09.2019 14:02
104
Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar

Xalq artisti Stas Mixaylovun qızı Evanın bahalı həyat tərzi Rusiya mediasının gündəmini zəbt edib.


Ekspress.az xəbər verir ki, Rusiyanın ən varlı müğənnisi olan Stasın 2018-ci ildə sahib olduğu var-dövlətin dəyəri "Forbes" tərəfindən 7,5 milyon dollar dəyərində hesablanıb.


20 yaşlı Eva Londonda təhsil alır. Yay aylarında isə qız tətilini ailəsi ilə birlikdə keçirir. Bu yay isə Eva Monte-Karlo, Milan, Monako, Yunanıstan, San-Trope, İtaliya, Avstraliya, İsveçrə və Qoada dincəlib.


Qızın qarderobu isə müzakirələrə səbəb olub. O, "Hermes", "Fendi", "Chanel" kimi dünyanın ən bahalı brendlərindən geyimlər alır. Onun bir çantasının qiyməti isə ən az 6,2 milyon rubldır (təxminən 167 min manat). "Hermes" fanatı olan Eva markanın iki ən baha kolleksiyası olan "Birkin" və "Kelly"ni də qarderobuna daxil edib. Bu iki kolleksiyanı almaq o qədər də asan deyil. Belə ki, butikə daxil olub onu hər adam ala bilməz. Əgər siz "Hermes"in daimi müştərisi deyilsinizsə, çox pulunuz olsa da, onu ala bilməyəcəksiz. Bunun üçün əməkdaşlar sizin xarici görünüşünüzü də qiymətləndirməlidir. Daha sonra isə siz məhsulu sifariş verəcəksiniz, yarım ildən sonra fabrik məhsulu təqdim edəcək.


20 yaşlı qız eyni zamanda "Rolex" markalı saatın sahibidir. Onun taxdığı saatın dəyəri isə 2,2 milyon rubldan bahadır.


Qeyd edək ki, Eva Stasın doğma qızı deyil. O, müğənninin həyat yoldaşı İnnanın futbolçu Andrey Kançelskisdən dünyaya gələn övladıdır.


Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar


Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar


Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar


Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar


Xalq artistinin 20 yaşlı qızının bahalı həyatı - Fotolar

(axşam)


Ekspress.az