Ağsu aşırımında dəhşətli anlar - "Əjdaha" peyda oldu - FOTO


24.06.2019 22:40
2595
Ağsu aşırımında dəhşətli anlar - "Əjdaha" peyda oldu - FOTO

Ağsu rayonunda qorxunc ilan öldürülüb.


Ekspress.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib.


Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı yerləşən kafedən kömək istəyib (Trend). Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub.


Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir.


Ağsu aşırımında dəhşətli anlar - "Əjdaha" peyda oldu - FOTO


Ekspress.az

  • SON XƏBƏR
  • TREND