25 cinayətin üstü “isti izlər”lə açılıb

17.04.2019 10:00
305
25 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekspress.az -a verilən məlumata görə, aprelin 16-da törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətinaçılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.


Ekspress.az

Açar sözlər: