La Liqada vacib qarşılaşmalar olacaq - BU GECƏ

06.01.2019 16:22
199
La Liqada vacib qarşılaşmalar olacaq - BU GECƏ

Bu axşam İspaniya La Liqasının 18-ci turu çərçivəsində daha 3 oyun keçiriləcək.


Ekspress.az xəbər verir ki, günün mərkəzi qarşılaşması Sevilyada baş tutacaq. "Sevilya" - "Atletiko Madird" matçı Bakı vaxı ilə saat 19:15-da start götürəcək. Hazırda turnir cədvəlində 2-ci və 3-cü yerlərdə qərarlaşan komandaların oyununu hakim Antonio Mateu idarə edəcək. Çempionluğa oynayan hər iki komanda bu oyunda qələbə qazanmağa çalışacaq.


Günün növbəti oyunu Madriddə keçiriləcək. Hazırda turnir cədvəlində 5-ci sırada olan "Real Madrid" 15-i saranın sahibi "Real Soseydad"ı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Günün son qarşılaşması isə "Xetafe" - "Barselona" arasında olacaq. Bakı vaxtı ilə saat 23:45-də start veriləcək matçı hakim Kuadra Fernandez idarə edəcək. "Barselona"ya liderliyini qorumaq üçün səfərdə heç-heçə də sərf edir.


Qeyd edək ki, hazırda La Liqaya 37 xalla "Barselona" başçılıq edir. "Atletiko Madrid"i liderdən 3 xal ayırır. Turnir cədvəlində "Sevilya" 32 xalla 3-cü, "Xetafe" isə 25 xalla 7-ci sıradaddır.


AQİL

  • SON XƏBƏR
  • TREND