• 6 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

“Onlar azana sayğısızlıq edib” - Ərdoğan feministləri ittiham etdi

11.03.2019 12:40
47
“Onlar azana sayğısızlıq edib” - Ərdoğan feministləri ittiham etdi


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulun mərkəzində keçirilən aksiyada iştirak edən qadınları İslam dininə hörmətsizlikdə ittiham edib.


Ekspress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Televiziyada çıxışı zamanı Ərdoğan etiraz aksiyasından kadrları göstərərək, qadınların yaxınlıqdakı məsciddə azan səslənən vaxt müxtəlif şüarları car çəkdiklərini bildirib.

“Onlar azana sayğısızlıq edib”, - deyə Ərdoğan bildirib.


Qeyd edək ki, Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən yürüşdə bir neçə min qadın iştirak edib. Aksiya iştirakçılarını dağıtmaq üçün asayiş keşikçiləri gözyaşardıcı qaz tətbiq edib.


Aksiya iştirakçıları sosial şəbəkələrdə yürüşün azana mane olmaq məqsədi daşımadığını bildiriblər. (oxu.az)


Qeyd edək ki, Türkiyədə 2003-cü ildən bəri hər il martın 8-də qadınların yürüşü keçirilir. Etirazçılar qadına qarşı şiddətə son qoyulmasını və gender bərabərliyi tələb edirlər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND