Sabunçu rayonunda yanğın olub, 1 körpə yanaraq ölüb

11.06.2019 13:56
153
Sabunçu rayonunda yanğın olub, 1 körpə yanaraq ölüb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.


FHN-in saytının məlumatına görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyiti aşkarlanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND