Məşhur sima intim məqamlardan danışdı: "Cəmi 5 kişi ilə görüşmüşəm"


12.07.2019 10:06
220
Məşhur sima intim məqamlardan danışdı: "Cəmi 5 kişi ilə görüşmüşəm"

Məşhur dünya ulduzu Meray Keri şəxsi həyatı barədə açıqlamalar verib.


Ekspress.az xəbər verir ki, Keri müsahibəni "Cosmopolitan" jurnalına verib.

"Mənim həyatımda elə də çox kişi olmayıb. Olanlar da çox fərqli insanlar olub. Həyatım boyu cəmi 5 kişi ilə görüşmüşəm. Bir çoxları ilə müqayisədə mən daha sadə və abırlıyam", - Meray bildirib.


Meray Keri ulduz olmağın çətinliyindən də danışıb:


"Onlar başa düşə bilmirlər ki, mən nələrdən keçmişəm. 18 yaşım olanda artıq şirkətlə müqavilə bağlamışdım. O zaman "YouTube" yox idi, sosial şəbəkələr yox idi. İndi çoxu deyir ki, mahnı yazıram. İnciməsinlər, yaza bilmirlər. Bir çox qız, sadəcə, soyunmağı bacarır" (ölkə.az)



Ekspress.az

Açar sözlər: