III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşib

06.06.2019 19:18
43
III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşib

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb. 


Avropa Olimpiya Komitələrinin (EOC) məlumatına görə, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib. Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq. 


Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu bildirilirdi. 


İlk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND