• 9 °C Bakı
  • 7 °C Quba
  • 7 °C Gəncə
  • 5 °C Yevlax
  • 7 °C Naxçıvan

Seçinin Putinə məktubu: neft hasilatının azaldılması Rusiyaya sərf etmir

11.02.2019 14:44
38
Seçinin Putinə məktubu: neft hasilatının azaldılması Rusiyaya sərf etmir

Rusiya mediası "Rosneft"in rəhbəri Seçinin ölkə prezidenti Putinə hələ 2 ay əvvəl yazdığı məktubun detallarını öyrənib. Seçin məktubunda şikayət edir ki, OPEC-lə neft hasilatının azaldılmasına dair saziş Rusiyanın strateji maraqlarına zərbədir.


Ekspress.az xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Rövşən Ağayev facebook səhifəsində paylaşım edib.


Seçin məktubunda qeyd edir ki, əgər 1990-cı ildə Rusiya qlobal neft bazarında 16.3% paya malik idisə, hazırda bu göstərici 12%-ə enib.


"Əvəzində ABŞ çox sürətlə hasilatını genişləndirir, bazar payını artırır. Seçinin dediklərindən aydın olur ki, ABŞ neft sektorunun vergi yükünü 30%-ə endirdiyi halda, Rusiyada bu 80%-dir. Vergi yükünün belə az olması ABŞ hasilatçılarını investisiyaları daha çox artırmağa həvəsləndirir", - deyə məktubda qeyd edilib.


Ağayev bildirir ki, "Rosneft"in rəhbərinin daha 2 narahatlığı var:


1. Rusiya neft şirkətlərinin bazar payının bərpası mümkünsüz hala gəlir

2. 2019-cu ilin sonlarında ABŞ-ən şist hasilat mərkəzlərindən Meksika körfəzindəki limanlara birbaşa boru kəmərlərinin istismara verilməsi bu ölkədə hasilatın və ixracın yenidən ciddi artımına dəstək verəcək.


Ağayevin fikrincə görünür, Seçinin narahat olduğu məsələ tarixə "OPEC+Rusiya paradoksu" adı ilə düşəcək: "cütlük hasilatı azaltmır qiymət ucuzlaşır, hasilatı azaldır bazarları rəqiblərinə təhvil verir".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND