"Toyota"nın baş ofisində yanğın oldu


30.08.2019 15:10
107
"Toyota"nın baş ofisində yanğın oldu

Yaponiyanın Aiçi prefekturasında yerləşən Toyota R&D şirkətinin mərkəzi ofisində yanğın olub.


"NHK” telekanalının verdiyi xəbərə görə, binadakı işçilər təxliyyə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.


Telekanalın məlumatına görə, yerli vaxtla saat 16.50-də şəhər yanğınsöndürmə xidmətinə binanın səkkizinci mərtəbəsində tüstülənmə olması barədə xəbər gəlib.


Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası var.


Yanğının səbəbləri hələlik məlum deyil.


Ekspress.az

Açar sözlər: