"Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşr olunacağı tarix açıqlanıb

03.07.2019 17:08
270
"Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşr olunacağı tarix açıqlanıb

“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabr ayının sonunda nəşr olunacaq”.


Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib (APA).


O bildirib ki, yeni lüğət üzərində işlər davam edir:


“Yeni orfoqrafiya lüğətindəki dəyişikliklərlə bağlı hər hansı monitorinq keçirilməyib. Yəqin ki, lüğətin nəşrindən sonra monitorinq keçiriləcək”. 


Direktor əlavə edib ki, ilkin olaraq lüğətin neçə nüsxədə nəşr olunacağı bilinmir. 


Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.


Ekspress.az