Bərdədə dəhşətli qəza: ölənlər var

03.10.2019 09:31
169
Bərdədə dəhşətli qəza: ölənlər var

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az -ın məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.


VAZ-2107 markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü, 1979-cu il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Məmmədov Emin Saday oğlu hadisə yerində, sərnişin, 1990-cı il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Kərimov Elgün Şirin oğlu isə xəstəxanada dünyasını dəyişib.


Digər yaralı, 1994-cü il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Aslanov Şamxal Rövşən oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır. (report)


Ekspress.az


Açar sözlər: