İYRƏNC OLAY: Kişi tanış olduğu qadını evə salıb saatlarla zorladı

20.06.2019 18:42
219
İYRƏNC OLAY: Kişi tanış olduğu qadını evə salıb saatlarla zorladı

Bakıda qadını zorlamaqda təqsirli bilinən Kərimov Uğur Baloğlan oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Ekspress.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 28-nə təyin olunub.

Məlumatına görə, E.Karadeniz adlı qadın polisə cinsi təcavüzə mərus qalması barədə müraciət edib. O deyib ki, bir müddət əvvəl Uğur Kərimov adlı gənc oğlanla tanış olub. Səmimi münasibətin yaranmasından sonra onlar tez-tez görüşüblər (olke.az). Görüşlərin birində evə gedərkən Uğur qapını arxadan bağlayaraq E.Karadenizi zorlayıb. O, xeyli müddət qapını açmayıb və cinsi təcavüz əməlini davam etdirib.


Məlumata görə, zorlanan qadın evi tərk edəndən sonra polisə məlumat verib. O, daha əvvəl Türkiyə vətəndaşı ilə evli olub.


Faktla bağlı Cinayət Məcəlləsinin 149.1-ci, yəni zorlama əməli maddəsi ilə iş açılıb.


Ekspress.az