Müxalifət ABŞ-dakı səfirlik binasını ələ keçirdi

25.05.2019 11:55
122
Müxalifət ABŞ-dakı səfirlik binasını ələ keçirdi

Venesuela Milli Assambleyasının müxalifətçi lideri Xuan Quaidonun nümayəndəsi Karlos Vekkyo bildirib ki, tərəfdarları ölkənin Vaşinqtondakı səfirliyinin binasına nəzarəti ələ keçiriblər.


Ekspress.az xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb:


"Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır", - deyə o bildirib.Karlos Vekkyo qeyd edib ki, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduro tərəfdarı - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir.Onun sözlərinə görə, dəymiş ziyanın həcmi böyükdür, müxalifətə diplomatik nümayəndəlik binasının tam bərpası üçün uzun zaman tələb olunacaq (unikal.org).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND