Dağıstanda məişət tullantılarını zibil qutusuna atan insana heykəl qoyulacaq

24.04.2019 21:19
242
Dağıstanda məişət tullantılarını zibil qutusuna atan insana heykəl qoyulacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində məişət tullantılarını zibil qutusuna atan insana heykəl ucaldılacaq. Heykəl “Kaspiyskin nümunəvi sakini” adlandırılacaq.


“İstehsalat ekologiyası” saytı xəbər verir ki, səliqəli insana heykəl qoymaq ideyası tikinti şirkətlərindən birinə məxsusdur (Azərtac).


Şirkət nümayəndələrinin sözlərinə görə, onlar bu addımı atmaqla həmvətənlərinə təmizliyə riayət etməyin necə vacib olmasını xatırladırlar.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND