Notr-Dam kilsəsinin bərpasına 50 milyon avro ayırılacaq

16.04.2019 12:30
91
Notr-Dam kilsəsinin bərpasına 50 milyon avro ayırılacaq

Paris şəhər meriyası Notr-Dam kilsəsinin bərpasına 50 milyon avro ayıracaq.


"BFMTV" telekanalı xəbər verir ki, bu barədə Paris meri Ann İdalqo açıqlama yayıb. Həmçinin Parisin İl-de-Frans rayonunun başçısı Valeri Pekress bildirib ki, kilsənin bərpası üçün təcili yardım qismində 10 milyon avro ayrılacaq. 


Qeyd edək ki, Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb (ONA). Yanğın söndürülsə də tüstülənmə davam edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND