Poroşenko Ukraynaya xəyanətdə ittiham olunur – Yanukoviçin adamı ərizə verdi


21.05.2019 11:33
141
Poroşenko Ukraynaya xəyanətdə ittiham olunur – Yanukoviçin adamı ərizə verdi

Eks-prezident Viktor Yanukoviçin dövründə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini olmuş Andrey Portnov, Poroşenkoya qarşı istintaq dövlət bürosunda ərizə verib.


Ekspress.az xəbər verir ki, Portnov Poroşenkonu hakimiyyəti güclə ələ keçirmədə, dövlətə xəyanətdə və vəzifəsindən sui-istifadə etməkdə ittiham edir. Sənədin sürətini isə özünün "Teleqram” kanalında yayıb.

 

Portnov niyə məhz mayın 20-də ayında ittiham ərizəsi verməsini isə belə əsaslandırıb:

"Zelenski dünən, ayın 20-də rəsmən prezident oldu. Zelenski prezident seçilməklə eks-prezident Poroşenko toxunulmazlığını itirdi” (BakuPost). O, Zelenskinin andiçmə mərasimindən bir gün əvvəl mayın 19-da Ukraynaya gəlib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND