• 18 °C Bakı
  • 15 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 14 °C Naxçıvan

Xorvatiyalı müdafiəçi: "Azərbaycan dünya standartlarında bir komanda deyil"

22.03.2019 11:58
76
Xorvatiyalı müdafiəçi: "Azərbaycan dünya standartlarında bir komanda deyil"

"Qələbə ilə başlamaq önəmli idi. Rəqib çox geri çəkildi və ilk hissədə yaxşı oynadı".


Bu fikirləri Xorvatiya millisinin futbolçusu İvan Perişiç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.


30 yaşlı yarımmüdafiəçi görüşdə qələbə qazanacaqlarına inandıqlarını bildirib. "Səbrli olmalı idik (report). Sonda qələbə qazandıq və bu üç xalı haqq etdik. Belə də davam edək".


Xorvatiyalı müdafiəçi Duye Çareta-Tsar isə Azərbaycanı qeyri-ciddi yığma kimi görmədiklərini söyləyib:


"Onlar dünya standartlarında bir komanda deyil, amma futbolun necə oynandığını bilirlər. Bizim üçün ən önəmli şey üç xal qazanmağımızdır". 


Ekspress.az


  • SON XƏBƏR
  • TREND