İlk 4 ayda 70 nəfərə talassemiya xəstəliyinə görə əlillik verilib

08.05.2019 11:32
184
İlk 4 ayda 70 nəfərə talassemiya xəstəliyinə görə əlillik verilib

8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb.


Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib.

Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.


Ekspress.az