AVRO-2020: Azərbaycan-Slovakiya matçında ilk hissə başa çatıb - YENİLƏNİB


11.06.2019 21:00
204
AVRO-2020: Azərbaycan-Slovakiya matçında ilk hissə başa çatıb - YENİLƏNİB

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Slovakiya matçında ilk hissə başa çatıb.


Ekspress.az xəbər verir ki, qonaq komanda fasiləyə öndə yollanıb - 3:1. 

8-ci dəqiqədə Stanislav Lobotka fərqlənməklə Slovakiyanı önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka fərqi iki topa çatdırıb. Bundan iki dəqiqə sonra millinin heyətində Ramil Şeydayev fərqi azaldıb. 30-cu dəqiqədə Marek Hamşik fərqi yenidən artırıb.


***

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Slovakiya matçında 4-cü qol vurulub.


Ekspress.az xəbər verir ki,, 30-cu dəqiqədə qonaqların kapitanı Marek Hamşik fərqi yenidən 2 topa çatdırıb. Hazırda Slovakiya 3:1 hesabı ilə öndədir.


***

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Slovakiya matçında hesab açılıb.


Ekspress.az xəbər verir ki,, 8-ci dəqiqədə qonaqların heyətində Stanislav Lobotka fərqlənib.


***

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunu başlayıb.


Ekspress.az xəbər verir ki, E qrupunda mübarizə aparan komanda "Bakcell Arena"da Slovakiyanı qəbul edir.


***

AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.


Ekspress.az xəbər verir ki,, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.


Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov (report)


Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

  • SON XƏBƏR
  • TREND