Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub

27.05.2019 16:18
123
Azərbaycanı  II Avropa Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmaçılarının sayı və təmsil etdikləri idman növləri dəqiqləşib.


Yarışlarda ölkəni 80 idmançı təmsil edəcək. Heyətdə həmçinin 32 məşqçi, 15 nəfər inzibati şəxs və 5 nəfər tibb işçisi yer alacaq.


Atletlərin idman növləri üzrə say bölgüsü aşağıdakı kimidir:

- Güləş 16 idmançı – sərbəst güləş 6 idmançı, yunan-roma güləşi 5 idmançı, qadın güləşi 5 idmançı;


- Gimnastika 13 idmançı – bədii gimnastikası 7 idmançı, batut və tamblinq gimnastikası 2 idmançı, aerobik gimnastikası 2 idmançı, idman gimnastikası 2 idmançı);


- Cüdo 13 idmançı (9 kişi, 4 qadın);


- Boks 11 idmançı (10 kişi, 1 qadın);


- Karate 7 idmançı (5 kişi, 2 qadın);


- Sambo 7 idmançı (6 kişi, 1 qadın);


- Atıcılıq 6 idmançı;


- Velosiped idmanı 5 idmançı – trek yarışları 1 idmançı, şosse yarışları 4 idmançı;


- Oxatma 1 idmançı;


- Kanoe idman növü 1 idmançı.


“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı 4000-dir. Onlar 200 medal dəsti üçün mübarizə aparacaqlar. Cədvələ uyğun olaraq kişilər üçün 91 yarış, qadınlar üçün 89 yarış, qarışıq isə 20 yarış keçiriləcək. Belarus 15 idman növü, 23 yarışa (discipline) ev sahibliyi edəcəkdir. Azərbaycan bu yarışlarda 10 idman növündə təmsil olunacaq.


Açılış mərasimi 21 iyun, bağlanış mərasimi 30 iyun “Dinamo” stadionunda baş tutacaq. Yarışlar 12 idman obyektində keçiriləcək. İdmançılar Tələbə Kəndi olan və Oyunlar üçün yenidən hazırlanmış Atletlər kəndində qalacaqlar. Atletlər kəndinin tutumu 6500 nəfərlikdir və 1 may tarixindən etibarən fəaliyyətə başlayıb.


II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz Səfir” tituluna əməkdar artist Tünzalə Ağayeva layiq görülüb. Azərbaycan nümayəndə heyətinin rəhbəri (chief de mission) Anar Bağırovdur. Onun  müavini isə (deputy chief de mission) Ceyhun Rəhmanovdur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND