Metroda qatarların hərəkətində problem yarandı

18.06.2019 09:27
72
Metroda qatarların hərəkətində problem yarandı

Metronun "Xalqkar Dostluğu" stansiyasında qatarların hərəkətində problem yaranıb.


Ekspress.az xəbər verir ki, bu səhər saat 8 radələrində "Həzi Aslanov"- "İçəri Şəhər" İstiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Faktı "Report"a təsdiq edən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda hərəkət bərpa edilib:


"Qatarda baş verən texniki nasazlıq nəticəsində təxminən 8 dəqiqəlik fasilə yaranıb. İki qatar arasında olan intervalı da nəzərə alsaq bu 12-14 dəqiqəlik fasilə deməkdir. Texniki nasazlıq baş verən qatar stansiyada sərnişinləri boşaldıb və depoya yola salınıb. Onun yerinı isə xəttə əlavə qatar verilib. Hazırda qatarların hərəkəti bərpa edilib. Amma qrafikin tam normaya düşməsi üçün maəyyən qədər vaxt lazımdır" (unikal.org).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND