Qa­ra cü­mə

23.11.2018 19:27
104
Qa­ra cü­mə

Gör­mə­səm də, eşit­mi­şəm ki, dün­ya­nın ay­rı-ay­rı öl­kə­lə­rin­də il­də bir də­fə qeyd olu­nan "Qa­ra cü­mə" gü­nün­də dü­kan-ba­zar­da bir en­di­rim­lər olur ki, gəl gö­rə­sən. Növ­bə­lər­də iy­nə at­san, ye­rə düş­məz. Bi­zim­ki­lər də bu gü­nü qeyd edir, am­ma bə­zi­lə­ri müş­tə­ri­lə­rə sö­zün əsl mə­na­sın­da qa­ra cü­mə gü­nü ya­şa­dır...


Dü­nən cü­mə gü­nü idi. Dü­nən­ki cü­mə həm də "qa­ra cü­mə" sa­yı­lır­dı. Bi­lən­lər bi­lir, bil­mə­yən­lər də qı­sa­ca de­yim ki, dün­ya­nın bir çox öl­kə­sin­də "black fri­day" ("qa­ra cü­mə") qeyd olu­nur. "Black fri­day" ABŞ-da "şük­ran gü­nü"ndən son­ra gə­lən ilk cü­mə gü­nü­nə de­yi­lir. Hə­min gün 1932-ci il­dən bu ya­na Ye­ni il alış-ve­ri­şi­nin baş­lan­ğı­cı ki­mi qeyd olu­nur. Bu sə­bəb­dən ma­ğa­za­lar ge­cə sa­at­la­rı­na ki­mi bağ­lan­mır və göz­lə­nil­məz en­di­rim­lər olur.


De­yi­lən­lə­rə gö­rə, hə­min gün məş­hur şir­kət­lər öz məh­sul­la­rı­nı 80% gü­zəşt­lə sa­tır­lar.


Ar­tıq "qa­ra cü­mə" gü­nü ABŞ sər­həd­lə­ri­ni aşa­raq, baş­qa öl­kə­lə­rə də ke­çib. Mə­sə­lən, qon­şu­muz Ru­si­ya­da 2013-cü ilin de­kab­rın 6-dan "qa­ra cü­mə" ke­çi­ri­lir. De­yir­lər ki, Ru­si­ya­da heç də ABŞ-dan ge­ri qal­ma­yan bir gün ki­mi qeyd olu­nur "qa­ra cü­mə". Am­ma ame­ri­kan­lar­dan fərq­li ola­raq, rus­lar gü­zəşt­li məh­sul­la­rı, əsa­sən, in­ter­net va­si­tə­si­lə hə­ya­ta ke­çi­rir­lər.


Bir ne­çə il­dir ki, "qa­ra cü­mə" Azər­bay­ca­na da ayaq açıb. Azər­bay­can­da da "black fri­day" gü­nün­də bir ne­çə ma­ğa­za və şir­kət­lər tə­rə­fin­dən en­di­rim­lər tət­biq olu­nur. "Qa­ra cü­mə"dən hə­lə ki, pay­taxt­da xə­bər­dar­dır­lar, ra­yon­lar­da be­lə "en­di­rim"lə­rə əhə­miy­yət ve­rən yox­dur. Dü­nən­ki "qa­ra cü­mə"də pay­tax­tın məş­hur alış-ve­riş mər­kəz­lə­rin­də 30, 50 və hət­ta 70 fai­zə­dək en­di­rim­lər olub. Bu gü­nü sə­bir­siz­lik­lə göz­lə­yən müş­tə­ri­lə­rin ma­ğa­za­la­rın qar­şı­sın­da­kı növ­bə­si­nin ucu-bu­ca­ğı ol­ma­yıb.


Jur­na­list­lər hə­mi­şə be­lə kam­pa­ni­ya­la­ra hə­vəs gös­tə­rir­lər. Alış-ve­riş üçün yox ha, ma­raq­lı re­por­taj ha­zır­la­maq üçün yax­şı mə­kan­lar olur ma­ğa­za­lar. Elə dü­nən də "28 Mall"da­kı en­di­rim­lər­lə ma­raq­la­nan "open.az"ın əmək­da­şı ma­raq­lı fakt­la qar­şı­la­şıb. Mə­lum olub ki, bə­zi məh­sul­la­ra 40 fa­iz en­di­rim edən "Pull­&Be­ar" ma­ğa­za­sın­da pen­cə­yin qiy­mə­ti 99 ma­na­ta tək­lif olu­nub. Bi­li­rəm de­yə­cək­si­niz ki, yax­şı­dır, alan sağ­lıq­la ge­yin­sin. Am­ma ka­ğı­zın al­tın­da­kı il­kin qiy­mət­lə ma­raq­la­nan alı­cı əməl­li-baş­lı şo­ka dü­şüb. Be­lə ki, ka­ğı­zın al­tın­da il­kin qiy­mə­tin 39 ma­nat ol­du­ğu mü­şa­hi­də edi­lib.


Fı­rıl­daq gəl­mək­də ta­yı­mız-bə­ra­bə­ri­miz yox­dur. 39 ma­nat­lıq pen­cə­yi alı­cı­ya en­di­rim adıy­la 99 ma­na­ta sı­rı­maq hər kə­sin işi de­yil. Bu­nu an­caq bi­zim­ki­lər ba­ca­rar.


Öz ara­mız­dır, "qa­ra cü­mə" gü­nün­də bi­zim bə­zi ma­ğa­za­lar­da alı­cı­la­ra sö­zün əsl mə­na­sın­da qa­ra cü­mə gü­nü ya­şa­dı­lıb...