Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazanıblar

Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.
Azərbaycan Cüdo Federasından Ekspress.az -a verilən məlumata görə, beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.
Beləliklə cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İlk yarış günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub.
Yeniyetmə cüdoçularımız Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışının komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutublar.
Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.
Ekspress.az
-
-
21.10 15:05
Güləşçilərimiz beynəlxalq turnirdə iki medal qazandılar - FOTO
-
17.10 12:23
Daha bir boksçu rinqdə öldü (VİDEO)
-
17.10 09:00
Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı
-
14.10 11:32
Dennis Higler səhvini etiraf edib, üzr istədi
-
14.10 10:55
Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...
-
14.10 10:36
Millimiz son dəqiqədə qol vurdu: Hakim saymadı - VİDEO
-
14.10 10:20
Millimiz Macarıstana uduzdu
-
12.10 11:53
Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu
-
12.10 09:36
Keçmiş çempion karyerasını dəyişdi - Başqa idmana keçdi
-
10.10 16:00
Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi
-
10.10 09:50
Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA
-
09.10 18:47
“Barselona”dan ayrılmağı düşünürdüm” – Messi
-
09.10 16:57
"Zirə"yə yeni baş məşqçi təyin olundu
-
08.10 14:22
AFFA “Neftçi”ni cəzalandırdı
-
08.10 11:32
“Formula 1” üçün bilet satışına endirimlərə START
-
08.10 10:00
Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO
-
07.10 17:31
Erməni türk idmançını rinqdə boğub öldürmək istədi - VİDEO
-
07.10 16:40
"Fili tərpətmə, Teymur" şərhini yazan danışdı: "Trend olacağını bilirdim"
-
07.10 14:10
"Neftçi"nin futbolçusu milliyə dəvət olunub
-
07.10 11:31
Messi mövsümdə ilk qolunu vurub
-
-