Fransalı ekspert: "Əfv sərəncamları Azərbaycanda islahatların aparılmasının bariz nümunəsidir"


19.04.2019 15:00
280
Fransalı ekspert: "Əfv sərəncamları Azərbaycanda islahatların aparılmasının bariz nümunəsidir"

"Azərbaycanın Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində gördüyü işləri yüksək qiymətləndirirəm".


Ekspress.az xəbər verir ki, bunu Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.


Onun sözlərinə görə, Azərbaycanın böyük perspektivləri olduğu üçün bu istiqamətdə daha çox səy göstərməyinə ehtiyac var: "Azərbaycanda aparılan islahatların nəticələrini, ilk növbədə, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində müşahidə edirik. Bu il Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələr arasında əməkdaşlığın onuncu ildönümünə qədəm qoymuşuq. İndi Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa nail olub. Belə bir şəraitdə digər üç ölkə - Azərbaycan, Belarus və Ermənistan islahatlar aparmaqla irəliləyiş əldə edə bilər. Hətta Şengen ölkələrinə viza məhdudiyyətinin aradan qaldırılması mümkündür. Təbii ki, Azərbaycan bu mərhələdə böyük irəliləyişə nail olub və "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində daha geniş müzakirələrin aparılması mərhələsinə daxil olub. Bu mərhələ isə daha çox səy göstərilməsi ilə böyük uğurlara imza atmaq üçün perspektivlər vəd edir".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND