Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir

03.12.2018 11:55
47
Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir. Ekspress.az Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasına (ASK) istinadən xəbər verir ki, bununla bağlı məsələ

Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə ASK-nin baş katib müavini Fuad Hümbətov arasında keçirilən görüşdə müzakirə edilib.


Diplomat bildiribki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.

 

Batur Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı ASK-dan bu məsələlər üzrə onlara dəstək verilməsini xahiş edib.

Fuad Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz verib.



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND