Yanvar və fevralda doğulan körpələrin 53,5 faizi oğlan olub

17.04.2019 19:26
76
Yanvar və fevralda doğulan körpələrin 53,5 faizi oğlan olub

Bu ilin ilk iki ayında Azərbaycanda 23 400 körpə doğulub.


Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.


Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,7) qalıb. 


Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. 


Körpələrin 516-sı əkiz, 15-i isə üçəm doğulub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND