Sərhəddə monitorinq keçiriləcək

22.05.2019 09:43
123
Sərhəddə monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Bu barədə Ekspress.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər (unikal.org).

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND